Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.
HİT.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.
Report