Onlarla işğalçını məhv edən snayper şəhidimiz - FOTO

ÖLKƏ
13:07 / 30.04.2021
1306

Vətən müharibəsində düşmənə qan udduran igidlərimizdən biri də snayper Əhmədov Cavanşir Xeyrulla oğlu olub.

Xüsusi təyinatlı qüvvələrin tərkibində cəbhənin ən ağır döyüşlərində iştirak edən Cavanşir 1999-cu il noyabrın 12-də Ələt qəsəbəsində anadan olub.

Hərbiyə olan marağı onu atıcılıq kurslarına yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və bir müddət sonra kursda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanır.

Cavanşir Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlərdə də iştirak edən Cavanşir 15 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.

İgidliyi və şücaəti ilə xarici mətbuatın da marağını çəkən şəhidimiz barədə material dərc edən “Vestnik Kavkaza” nəşri 44 günlük müharibə zamanı şəhidimizin onlarla işğalçını məhv etdiyini yazıb.

0