Abşeron rayonu Saray qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı "Chevrolet” markalı avtomobil əvvəlcə yolayrıcı bardürə çırpılıb, daha sonra isə köməkçi yola aşıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb sürücünün başının telefona qarışması olub.