Bu gündən Azərbaycanda yeni vaksin vurulmağa başlayır

ÖLKƏ
09:32 / 03.05.2021
867

Bu gündən Azərbaycanda yeni vaksinin tətbiqinə başlanılır.

HİT.Az xəbər verir ki, "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesində növbəti mərhələ başlayır.

Belə ki, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə COVID-19-a qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət”AstraZeneca”) də istifadə ediləcək.

"Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

0