Bu şəxslərin meyitdən orqan götürməsi qadağan edildi - Yeni qərar

ÖLKƏ
13:53 / 03.05.2021
1134

Səhiyyə və tibb əmək ekspertizası təşkilatlarındа meyit orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanılmasında yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qadağan edilib.

HİT.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nda müvafiq dəyişiklik edib.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

0