"Azərbaycanda “AstraZeneca” peyvəndi 60 yaşdan yuxarı şəxslərə vurulmamalı idi" - Həkim

ÖLKƏ
23:15 / 03.05.2021
995

"AstraZeneca” peyvəndi 60 yaşdan yuxarı şəxslərə vurulmamalı idi. Çünki yaşlı insanların orqanizmi qan laxtalanmasına daha çox meyilli olur".

Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib. O, aidiyyəti qurumların sözügedən peyvəndin 60 yaşdan yuxarı şəxslərə vurulması ilə bağlı izah verməsi lazım olduğunu bildirib:

"Ola bilsin ki, vaksinin miqdarı hesablanıb və onun hamıya tətbiq olunması say hesabı ilə mümkün olmayıb. Lakin hesab edirəm ki, bütün yaş qruplarında olan şəxslər bu peyvənddən vurdura bilərlər. Onun hədəfi qətiyyən yaş deyil. Qanı tromblaşmağa meyilli şəxslər varsa, onlara peyvənd ehtiyatla vurula bilər”. 

 

0