ÖLKƏ
14:14 / 04.05.2021
909

“Azərsutikinti”nin sədri “Dərnəgül”də milyonluq obyekt tikdirir – FOTO

Azərbaycanda mövcud qanunvericilik məmurun biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma məmurlarımızın böyük əksəriyyəti bu qadağanı görməzdən gəlməkdədir. 

Son illər isə vəzifədə olan məmurların əksəriyyəti şəxsi biznes sahələrini açıq şəkildə genişləndirməyə başlayıblar. 

Belə məmurlardan biridə Milli Məclisinin I çağırış üzvü, vaxtilə Prezident Adminstrasiyası ərazi idarəetmə şöbəsinin müdiri və hazırda “Azərsutikinti” ASC sədri vəzifəsini daşıyan Yusif Hümbətovla bağlıdır.

AzFakt.com-un əldə etdiyi məlumata görə “Azərsutikinti” ASC sədri Yusif Hümbətov Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 29 ünvanında ümumi sahəsi 1300 kvadrat metr olan 1 mərtəbəli anbar tikdirir. Paytaxtın ən bahalı rayonlarından birində inşa edilən anbarın hazırkı bazar qiymətinin bir neçə milyon manat olduğu deyilir. 

Qeyd edək ki, ölkə mətbuatında Yüsif Hümbətovun adı “Azərsutikinti” ASC-nin əmlaklarını ələ keçirilməsində hallanır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1
azfakt.com