Bu rayonun icra başçısına yeni birinci müavin təyin olundu 

ÖLKƏ
22:26 / 04.05.2021
3067

Neftçala Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Hit.az Report-a istinadən xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun müvafiq əmri ilə 1985-ci il təvəllüdlü Məmmədov Şaiq Seyfəddin oğlu birinci müavin vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş.Məmmədov bundan əvvəl 61 saylı Neftçala seçki dairəsində Dairə seçki komissiyasının sədri vəzifəsində işləyib.

4