20-yə yaxın tibb işçisi niyə vəzifədən azad edildi? - Rəsmi açıqlama

ÖLKƏ
14:48 / 05.05.2021
20154

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun 20-yə yaxın işçisinin işdən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

TƏBİB-dən HİT.Az-a verilən məlumatda bildirilir ki, adıçəkilən və digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir.

Digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir. Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər.

1