Azərbaycana qarşı döyüşən livanlı terrorçuların görüntüləri - FOTO/VİDEO

ÖLKƏ
21:19 / 05.05.2021
2756

Daha əvvəl xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən Livan Respublikasının vətəndaşı Eulcekciyan Viken Abrahamoviç və digər şəxslərin muzdlular kimi Azərbaycan vətəndaşlarına qarşı terror fəaliyyətində iştirakı faktı üzrə cinayət işinin istintaqı başa çatdırılıb.

İstintaqla müəyyən edilib ki, Livan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Beyrut şəhər sakini Eulcekciyan Viken Abrahamoviç 29 sentyabr 2020-ci il tarixində Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək digər muzdluların da olduğu ərazilərə gəlib.

Virtualaz.org-un redaksiyasına livanlı Eulcekciyanın Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi əməliyyatlarda iştirak etdiyini göstərən nadir kadrlar daxil olub. Həmin foto və video kadrları oxucularımıza təqdim edirik.

4