Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ağstafanın Xətai kəndindən olan Vətən müharibəsi qazisi İsmayılov Rəşad Rəşid oğlunu yaşadığı evdə ziyarət edib.
1997-ci ildə Xətai kəndində anadan olan Rəşad torpaqlarımızın azadlığı uğrunda böyük qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə sücaət göstərərək yaralanıb.
Qazimiz keçdiyi şərəfli döyüş yolundan bəhs edərkən qeyd edib ki, düşmən şanlı orudumuz tərəfindən aldığı ağır zərbənin təsirindən hələ uzun illər çıxa bilməyəcək.