“SPACE” Müstəqil Teleradio Şirkətinin sabiq rəhbəri Kamil Şahverdiyevin yeni vəzifəsi məlum olub.
Hit.az konkret.az-a istinadla xəbər verir ki, K.Şahverdiyev “Speys”in icraçı direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, dünən ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılova “Speys”in rəhbəri vəzifəsinə təyin olunub.