TƏBİB-dən əhaliyə növbəti xəbərdarlıq: Karantin davam edir, qapanmalar ola bilər - VİDEO

ÖLKƏ
19:00 / 07.05.2021
1556

“Məhdudiyyətlər hökumətin verdiyi qərarlardan asılıdır və epidemioloji vəziyyətlə əlaqədar dəyişdirilə bilər. Lokal bağlanmalar, həftəsonu izolyasiya tədbirləri ola bilər”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.

Ramazanla bağlı xüsusi dəyişiklik olmadığını vurğulayan F.Sədirov bayramda da karantin qaydalarına daim əməl edilməsinin lazım olduğunu qeyd edib:

“Ramazan bayramında da karantin davam edir. Şəxsi gigiyena, sosial məsafə kimi qaydalara riayət etməliyik. Bunlara mütləq şəkildə hər yerdə əməl edilməlidir”, - deyə o bildirib.

 

0