Əsgərimiz intihar etdi

11:03 / 08.05.2021
4854

Zaqatalada hərbi hissədə intihar olub.
 
Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.
 
Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya faktı təsdiqləyiblər.
 
Bildirilib ki, DSX rəisinin göstərişi ilə, onun müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

 

2