Azərbaycanın maşın karvanı Xankəndiyə daxil oldu - VİDEO

20:13 / 08.05.2021
4421

Ruslar erməni maşınlarını Xankəndi ərazisində saxlayıblar ki, Azərbaycan avtomobil kalonu keçsin.

Hit.az xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, bu məlumatı “Facebook” səhifəsində Qarabağda “ictimai və siyasi xadim” sayılan Bella Lalayan paylaşıb və video-görüntü də əlavə edib.

Lalayanın dediyinə görə, yayımlanan video Xankəndi ərazisində – “Xanbağı yol qovşağı”nda çəkilib.

O, bu yoldan gündə bir neçə dəfə Azərbaycan maşın karvanı keçdiyini bildirir.

 

0