Ağstafada Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, könüllü gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ekoloji tarazlıq və ətraf mühitin qorunması məqsədi ilə təşkil olunan aksiya çərçivəsində təbii-coğrafi amillər nəzərə alınmaqla rayon ərazisində ümumilikdə 500 ədəd eldar şamı və sərv cinsindən olan ağac növləri əkilib. Həmçinin təşkil olunan ümumrayon iməcliyində yaşıllıqlara xüsusi qulluq göstərilib.