Azərbaycanda Ramazan bayramı qeyd olunur

ÖLKƏ
09:12 / 13.05.2021
885

Azərbaycanda Ramazan bayramı qeyd edilir.

 HİT.Az xəbər verir ki, Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edib.

Eydül-Fitr–Ramazan bayramı isə Şəvval ayının 1 – may ayının 13-də qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 13-ü və 14-ü bayram günü sayılır.

Bayram namazı da mayın 13-də Zöhr namazına qədər qılına bilər.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
 
Qazılar Şurası tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

 

0