“2021-ci ilin əvvəlinədək Ukraynada 34 “qanuni oğru” yaşayırdı. Bu günə olan məlumata görə, onlardan səkkizi Ukraynadan çıxarılıb. 5 nəfəri isə Ukraynanı özləri tərk edib. Hazırda Ukrayna ərazisində 21 “qanuni oğru” var. Onlardan üçü həbsdə, biri isə ev dustaqlığındadı”.
Lent.az-ın yerli KİV-ə istindən məlumatına görə, bunu Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko bildirib.
Klimenkonun dediyinə görə, Ukraynada arzuolunmaz hesab edilən bu şəxslərin etnik tərkibi də rəngarəngdir. Məlumata görə, çoxluq gürcü əsillilərdir. Siyahıda 356 gürcü “qanuni oğru” yer alıb. Ruslar siyahıda ikincidir - 129 nəfər. 18 azərbaycanlı “qanuni oğru” da sanksiyaya məruz qalanlar siyahısındadır.