AMEA-nın institutu məhkəməyə verildi 

ÖLKƏ
11:14 / 20.05.2021
1663

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri məhkəməyə verilib.

HİT.Az-ın Unikal.org-a istinadən məlumatına görə, vəzifəsindən uzaqlaşdırılan AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi Rəsulova İnarə Əlizaman qızı Yasamal rayon Məhkəməsinə müraciət edib. O, yenidən işə bərpa olunmasını tələb edir.

Bundan əlavə xanım elmi işçi onun mülki hüquqlarının pozultuğunu səbəb gətirərək, ona vurulan maddi və mənəvi zərərin ödənilməsini tələb edir.İş hakim Vahid Hacıyevin icraatına verilib. 

0