"Yaşıl qələm” bağına mediatur oldu - FOTO

ÖLKƏ
16:30 / 21.05.2021
1230

Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış “Yaşıl qələm” jurnalistlər bağında əkilən ağaclara bu gün media nümayəndələri tərəfindən qulluq olunub və ərazidə yeni ağaclar əkilib.

HİT.Az xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media qurumlarının rəhbərləri, tanınmış  jurnalistlər və mətbuat nümayəndələri iştirak ediblər.  

Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, jurnalistlərin saldığı bağda  ağaclar artıq bəhrəsini verməyə başlayıb: "Hazırda Suraxanı rayonundayıq və 2 il öncə jurnalistlərin təşəbbüsü ilə həmkarlarımla salınmış “Yaşıl qələm” bağındayıq. Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış jurnalistlər bağında əkilən ağaclara bu gün media nümayəndələri ilə birgə qulluq etdik və ərazidə yeni ağaclar əkdik.

Çox sevindiricidir ki, jurnalistlərin saldığı bağda 100 faiz bitiş əmələ gəlib. Əlbəttə ki, böyük ruh-yüksəkliyi və coşğu ilə əkilən ağaclardan bu cür bağın ərsəyə gəlməsi təbiidir. Özünüz də gəlib əkdiyiniz meyvə ağaclarının bəhrəsini gördünüz və ürəkaçan mənzərənin şahidi oldunuz. 
Hamınıza təşəkkür edirik ki, Abşeron yarımadasının yaşıllaşdırılmasında hamılıqla iştirak edirik".

Xatırladaq ki, 2019-cu ilin martın 10-da 100-dən çox jurnalistin iştirakı ilə sözügedən ərazidə yapon əzgili, feyxoa, nar, ərik ağacları əkilmiş və bağa "Yaşıl qələm" adı verilmişdi.

0