Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib. 7 773 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, bu günə qədər isə ümumilikdə 3 435 192 test icra olunub.
Son gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 709 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 924 805, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 089 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 834 919 təşkil edir.