Bakıdan Türkiyənin kurort şəhərlərinə uçuşlar başlayır

ÖLKƏ
22:08 / 21.05.2021
1510

İyunun 25-dən etibarən AZAL Bakıdan Türkiyənin kurort şəhərləri – Bodrum və Dalamana xüsusi uçuşlar həyata keçirməyə başlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Bakı-Bodrum-Bakı istiqamətində uçuşlar hər gün həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroprtundan Dalaman şəhərinə uçuşlar həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.

1