İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı - FOTO

ÖLKƏ
10:53 / 22.05.2021
1254

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

HİT.Az xəbər verir ki,  2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşən Tovuz rayon sakini Nağıyev Pərviz Guloğlan oğlunun nəşi Murovdağ ərazisində tapılıb.

Qeyd edək ki, 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olan Pərviz Nağıyev evli olub, 6 və 4 yaşlarında iki oğlu var.

0