Metropolitenin 300 minlik tenderini udan şirkət vergi borcunu təsdiqlədi - "Amma sonrakı müddətdir"

ÖLKƏ
12:18 / 22.05.2021
1757

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni" QSC-nin mis şin, mis torpaqlama zolağı və müxtəlif ölçülü mis kabel ucluğun satın alınması üzrə elan etdiyi tenderin qalibi “Bakı Yastıq Zavodu” ASC olub. 

Bir neçə gün əvvəl HİT.Az xəbər vermişdi ki, həmin satınalma müqaviləsinin maliyyə dəyəri 272 580 AZN-dir.

Tenderin nəticələri elan olunan vaxt Hit.Az-ın araşdırması müəyyən etmişdi ki, nizamnamə kapitalı  253 922 AZN olan şirkətin 8008.85 AZN vergi borcu var. 

Məlum olduğu kimi, “Dövlət satınalmaları haqqında” Qanuna görə, vergi borcu olan şirkətlər tenderlərə qatıla bilməz. 

Yazı dərc olandan sonra saytla əlaqə saxlayan şirkətin qanuni təmsilçisi Əhmədov İmam Baba oğlu şirkətin vergi borcu olduğunu təsdiqləyib, amma ASC tərəfindən tenderdə iştirak etmək üçün sənədlər təqdim etdiyi tarixdən sonrakı müddəti əhatə etdiyini bildirib.

0