Bakıda tıxac: Nəqliyyatın hərəkəti iflic oldu - FOTO

ÖLKƏ
09:42 / 25.05.2021
2652

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

HİT.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər müşahidə olunur. Hərəkət intervalında gecikmələr var.  

 

Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunan əsas küçə və prospektlər:

Heydər Əliyev prospekti şəhər istiqamətində;

Qara Qarayev prospekti “Koroğlu” istiqamətində;

Qələbə dairəsi ətrafı;

Yusif Səfərov küçəsi.

4