Səbail rayonunda avtomobildən oğurluq edən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Hit.az-a verilən məlumata görə, mayın 23-də rayon ərazisində bir avtomobildən 162 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş E.Əliyev Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.