Daha bir şəhid övladı dünyaya gəldi  - FOTO

ÖLKƏ
22:10 / 26.05.2021
899

Vətən müharibəsi şəhidi Rüsif Yusif oğlu Kazımovun övladı dünyaya gəlib.

HİT.az xəbər verir ki, şəhidimizin övladı bu gün dünyaya göz açdığı səhiyyə ocağında qarşılanaraq, valideynlərinin sakini olduğu Cəlilabad rayon Uzuntəpə kəndinə yola salınıb.

Şəhid leytenantın övladına Nuran adı verilib.

Qeyd edək ki, Rusif Kazımov 1997-ci ildə Cəlilabad rayonunun anadan olub. O, Vətən müharibəsində Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

0