Xaçmaz rayonunun Seyidlər kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətin rəisi Hikmət Əlizadə Hit.az-a bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən qovaq ağaclarının kəsildiyi və təbiətə 23800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
"Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.