Bakıda avtomobil sexi yandı

ÖLKƏ
09:33 / 28.05.2021
708

Bakının Xətai rayonunda ümumi sahəsi 90 m² olan bir dam altında tikilən avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən HİT.Az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0