Xəbər verdiyimi kimi, Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb. Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.
Hit.az 32gun.news-a istinadən xəbər verir ki, 35-AA-005 dövlət nömrə nişanlı avtomobil Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Gülayə Həsənovanın xidməti avtomobilidir.
Qəza baş verdiyi zaman avtomobili G.Həsənovanın sürücüsü idarə edirmiş.