Dövlət qulluğunda işləyənləri yeniliklər gözləyir -xa0Qanuna dəyişiklik

ÖLKƏ
11:40 / 29.05.2021
1487

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər gözlənilir.
xa0
HİT.Azxa0xəbər verir ki, bu yeniliklər həm dövət qulluqçularının ödənişlərinə, həm də işə qəbulu qaydalarına aiddir.
xa0
Qanunun 22.7-ci maddəsinə edilən dəyişikliə görə,xa0xa0dövlət qulluqçusu daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyixa0xa0qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. İndiyədək isə qaydaya görə, dövlət qulluqçularına ödənişlər xidmətin ikinci ilindən başlamalıydı.
xa0
Bunlan başqa, indiyədək əlavə haqqın ödənilməsi Birinci vitse-prezidenti və vitse-prezidentlərə,xa0xa0Baş nazir və onun müavinlərinə, Naxçıvan MR Baş naziri və onun müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri (nazir, komitə sədri və sair) və onun müavinlərinə , Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunurdu. İndi bu hissə qanundan çıxarılır.
xa0
Bundan başqa, 28.5-ci maddəyə edilən dəyişikliyə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzindəxa0xa0beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir, ödənişin məbləğini isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyən edir.
xa0
Qanuna edilən digər maraqlı yeniliklər dövlət qulluğuna qəbulla bağlı müsahibəyə aiddir.
xa0
Yeniliyə əsasən dövlət orqanının rəhbəri tərəfindən namizədlər sırasındanxa0xa0seçim edilərkən müsabiqədə daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir.
xa0
28.11-ci maddəyə edilən yeniliyə görə, namizədin müraciət etdiyi və müsahibədən keçdiyi dövlət qurumunla yer olmayanda onlara digər vakant yer təklif edilir, amma onu qəbul etdikdə namizəd ehtiyat kadr siyahısından çıxarılmır.
xa0
Bundan başqa, həmin qurumda vakansiya olmadıqda, boş iş yeri digər qurumda olduqda, namizədin razılığı ilə onun həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar.
xa0
Digər tərəfdən 28.12-ci maddəyə eilən dəyişikliyə əsasən 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (bölmə rəhbərləri vəxa0xa0həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq daxili müsahibə əsasında həyata keçirilir.
xa0
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər.

0