Daha iki erməni diversant ələ keçirilib? - DSX-dən açıqlama

ÖLKƏ
10:17 / 31.05.2021
1960

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətindən HİT.Az-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:
 
"Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

0