İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

ÖLKƏ
14:10 / 31.05.2021
1648

Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu məlum olub.

HİT.Az xəbər verir ki, şəhidimiz İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb. Neftçalanın Dalğa kəndində anadan olan M. İmanov doğulduğu rayonun Şəhidlər xiyabanında dəfn ediləcək. 

2001-ci il təvəllüdlü şəhidimizin adı Müdafiə Nazirliyinin itkin düşən hərbçilərlə bağlı yaydığı siyahıda yer almışdı. 

0