Vaksinasiyadan keçənlərin sayı AÇIQLANDI

21:37 / 31.05.2021
1514

Mayın 31-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 407 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 227 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 958, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 258 nəfərdir.

0