İbadət yerlərinə yalnız bu şəxslər buraxılacaq - RƏSMİ

ÖLKƏ
15:25 / 02.06.2021
2333

Qafqaz Müsəlmanları İdarəsi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarını açıqlayıb.

HİT.Az-ın xəbərinə görə, qaydalarda bildirilib ki, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir.

Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir.

0