Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-a məsələdən xəbərdar olduqlarını bildirib.
O qeyd edib ki, Agentliyin aidiyyəti şöbəsi bu barədə məlumatlandırılıb:
“Qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək”.