Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtomobilinin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub.
Onlardan biri RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan A.Əliyevə də şəhid statusu veriləcək.
Qeyd edək ki, hadisə nəticəsində həlak olan digər şəxslər Az TV telekanalının operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovdur.
Avtomobilin minaya düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Qafqazinfo.az