"Minalanmış ərazilərin xəritəsinə ehtiyacımız yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq hesab edir ki, əgər Ermənistan bu xəritələri Azərbaycana versə, ona inanmaq düzgün deyil:
"Xəritəni düşmən verir. Düşmən bizə düzgün xəritə verər? Beynəlxalq miqyasda minalardan təmizləmə işləri ilə məşğul olan şirkətlər var. Bir az pul ayırıb onları Azərbaycana dəvət etmək lazımdır. Qarabağı 50-60 sahəyə bölüb hər sahəni də bir şirkətə vermək və vaxt qoymaq lazımdır. Qısa müddətdə onlar həmin sahələri minalardan təmizləyəcəklər. Ermənistana yalvarmağa dəyməz".