Şənbə günü Bakıda ictimai nəqliyyat İŞLƏYƏCƏK

ÖLKƏ
12:54 / 07.06.2021
1345

Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

HİT.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

0