Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

ÖLKƏ
15:08 / 07.06.2021
1321

İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır 

Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.

HİT.Az xəbər verir ki, bu barədə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. 

Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.

Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.

0