Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülər yayılıb.
Videogörüntülər müzakirələrə səbəb olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansındadır:
“Heyvanların bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də, sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib”.