Koronavirusdan ölən məmurun yerinə TƏYİNAT

ÖLKƏ
11:56 / 08.06.2021
1934

Şirvan Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

HİT.Az xəbər verir ki, bu barədə Şirvan şəhər icra başçısı İlqar Abbasov əmr imzalayıb.

Əmrə əsasən, Aynur Fərzəliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha öncə bu vəzifəni Elmira Ağayeva yerinə yetirib. O, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. 

Aynur Fərzəliyeva bundan əvvəl Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyib.

 

0