Sabiq deputat koronavirusdan VƏFAT ETDİ

ÖLKƏ
14:35 / 08.06.2021
2878

Azərbaycan Ali Sovetinin keçmiş deputatı Hicran Kərimli Moskvada vəfat edib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. 

Bildirilib ki, sabiq deputatın ölümünə koronavirus səbəb olub.

Xatırladaq ki, H.Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvanın Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilib.

0