Goranboyda it 7 yaşlı uşağa xəsarətlər yetirib

ÖLKƏ
22:48 / 08.06.2021
725

Goranboyda 7 yaşlı uşaq itin hücumuna məruz qalıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

2014-cü il təvəllüdlü kənd sakini Hümbətli Rəvan Şamxal oğluna qəfildən it hücum edib. Sağ bud nahiyəsindən çoxsaylı dişlək xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb. Görülən tibbi yardım sayəsində uşağın vəziyyəti sabitləşib

4