İlin ilk Günəş tutulması başa çatdı -  FOTO/VİDEO

ÖLKƏ
18:44 / 10.06.2021
1096

Xəbər verdiyimiz kimi, bu gün ilin ilk Günəş tutulması baş verib.

Tutulma saat 12:12:15-də başlayıb və 4 saat 59 dəqiqə davam edib. Tutulmanın həlqəvi fazası Rusiya, Qrenlandiya və Şimali Kanadanın bəzi hissələrində, qismən tutulma isə Avropanın, Asiyanın, Şimali və Qərbi Afrikanın, Şimali Amerikanın, Atlantik Okeanının və Arktikanın əksər hissəsində müşahidə edilib.

Günəş tutulması Azərbaycanda müşahidə olunmayıb. İkinci tutulma 2021-ci ilin 4 dekabrında baş verəcək.

İlin ilk Günəş tutulmasından fotoları və videonu təqdim edirik:

0