Azərbaycanda vəzifəli şəxsin atası VƏFAT ETDİ - FOTO

ÖLKƏ
10:06 / 11.06.2021
3195

Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib.

O, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.

1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. /Report

0