Saatlıda 8 yaşlı uşaq yol qəzasında xəsarət aldı

ÖLKƏ
23:35 / 14.06.2021
742

Saatlıda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun əldə etdiyi məlumata görə, hadisə Saatlı şəhərində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Kia” markalı avtomobil işıqforda dayanan minik avtomobilinin arxa hissəsinə çırpılıb. Qəza zamanı Bakının Binəqədi rayon sakini, 2013-cü il təvəllüdlü Məmmədov Eldar Qədir oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1