Türkiyəli iş adamı Kəmaləddin Heydərovun şirkətini MƏHKƏMƏYƏ VERDİ

ÖLKƏ
15:09 / 15.06.2021
3373

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan Holdinq” MMC məhkəməyə verilib.

HİT.Az xəbər verir ki, iddiaçı “Ertok” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Artıq iş üzrə hazırlıq iclası keçirilib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

“Ertok” MMC 26 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Olcay Aydır. Şirkət təsərrüfat mallarının satışı ilə məşğuldur.

Bundan əvvəl “Gilan Holdinq”ə daxil olan “Gilan İnşaat” şirkəti məhkəməyə verilmişdi.
 
VÜQAR

0