Azərbaycan-İran sərhədində silahlı insident: Cinayətkar zərərsizləşdirildi - FOTO

ÖLKƏ
13:15 / 16.06.2021
2061

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nə­ti­cəsində cari ilin 14 iyun tarixində ümumi çəkisi 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə bənzər maddələrin İran İslam Res­pub­lika­sından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən HİT.Az-a bildirilib ki, iyunun 14-ü saat 03:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içə­risində 1 nəfər olan “Ford” markalı 99-ZL-240 dövlət nömrə nişanlı avto­mobilin əraziyə ya­xın­laş­ması, avtomo­bil­dəki şəxsin düşərək özünü şübhəli aparması sər­həd narya­dı­nın diqqətini cəlb edib.

Şübhəli şəxs sərhəd nar­yadının “Dayan” əmrinə tabe olmayaraq əra­zidən uzaqlaşmağa cəhd göstərib, onun avtomobili təqib olunaraq Cəb­ra­yıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılıb. Ağstafa ra­yon sakini, 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyən­ləşdirilmiş şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülüb.

Narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticə­sində Göygöl rayonu ərazisində həmin rayon sakini, 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilib.

Eyni tarixdə saat 05:55 radələrində DSX-nin Sərhəd Qo­şunlarının “Göy­təpə” sərhəd dəstə­si­nin Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxın­lığın­dakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərə­fin­dən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbay­can Respublikası istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və ha­vaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozu­cusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq silah tətbiq olun­ub və cinayətkar zərərsizləşdirilib. Ha­disə baş verən əraziyə baxış zamanı 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə (24 kiloqram 848 qram heroin, 9 kiloqram 250 qram metamfetamin, 2 kiloqram 70 qram marixuana, 3 kiloqram 310 qram həşiş qətranı, 3 kiloqram 122 qram 5020 ədəd Metodon-40 həbləri) bənzər maddələrvə külli miqdarda xarici valyuta - 11500 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı İran İslam Respublikası tərəfi dərhal məlumatlandırılıb, müqabil tərəfin sər­həd nümayəndəsinin və Azərbaycan Respublikasının prokurorluq orqan­la­rı­nın əmək­daşlarının iştirakı ilə hadisə yerinə baxış keçi­rilərkən İran və­tən­­da­şı Behnam İlhami olması müəyyən edilən sərhəd pozucusunun üzə­rindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürül­üb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri davam etdirilir.

0