Fikrət Qocanın AYB-dəki vəzifəsi ona həvalə olundu

ÖLKƏ
19:42 / 17.06.2021
916

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

HİT.az xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.

0